“İran Azərbaycanın işğal altında olan ərazisində yerləşən Xüdafərin korpüsünü təmir edəcək”.
Bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, təmir işləri Xudafərin və Qız qalası su bəndlərinin tikintisi ilə bağlı Azərbaycanla İran arasında imzalanmış sənəddə öz əksini tapıb.
“Bu baxımdan sazişin böyük siyasi və tarixi əhəmiyyəti var. Orada tarixi abidələrin bərpası və onlara ziyan vurulmaması nəzərdə tutulub. Bu abidələr hər iki ölkənin birgə, müştərək mədəni və tarixi abidəsi kimi qorunacaq” – deyə səfir əlavə edib.




