
Tehran İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendumun keçirilməsində perspektiv görmür.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Xarici İşlər nazirinin müavini Hüseyn Caber Ənsari söyləyib.
O, İran, Rusiya və Türkiyənin mövqelərinin Suriya məsələsində yaxınlaşması ilə bağlı da işartıların olduğunu bildirib. Ənsari rəsmi Tehranın Suriya konfliktinin hərbi yolla həllini dəstəkləmədiyini bildirib.



