İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasser Kanaani” Rusiyada Vaqner qrupunun başlatdığı qiyamla bağlı “Rusiyada qanunun aliliyini dəstəkləyirik”,-deyib.
Rus muzdlu qruplaşması Vaqnerin başlatdığı üsyandan sonra Rusiyada baş verən proseslər yaxından izlənilir.
Elchi.az xəbər verir ki, Rusiyadakı hadisələrlə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasser Kanaani” Vaqnerin Rusiya rəhbərliyinə qarşı üsyanını Rusiyanın daxili işi kimi gördüklərini ifadə edərək, “Rusiya Federasiyasında qanunun aliliyini dəstəkləyirik”,-deyib.
Nuranə Məmmədova





