"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran şahının Maqomayevə bağışladığı üzük və Emin Ağalarov (FOTOLAR)

13 Dekabr 2014 - 09:02
in MƏDƏNİYYƏT
Moskvada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun ad günü – 35 yaşının tamam olması münasibətilə böyük mərasim keçirilib.img1701573
Modern.az saytı xəbər verir ki, Backstage restoranında baş tutan təntənəli gecədə Emin Ağalarovu təbrik etmək üçün gəlmiş ünlü similar arasında Filip Kirkorov, Qriqori Leps, Andrey Malaxov, Nikolay Baskov, Oleq Qazmanov, Timati, Keti Topuriya, Sergey Lazarev, Ani Lorak, Aleksandra Saveleva, Soso Pavliaşvili kimi məşhurlar olub.
Mərasimdə Emin Ağalarova müxtəlif hədiyyələr təqdim olunub. Amma ən qiymətli hədiyyəni dünya şöhrətli mərhum sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya verib. Belə ki, Tamara xanım Müslüm Maqomayevin 30 il müddətində barmağında gəzdirdiyi dəyərli üzüyü Eminə bağışlayıb. Bu üzüyü vaxtilə Müslüm Maqomayevə İran şahı Rza Pəhləvi hədiyyə etmişdi
Modern.az saytının məlumatına görə, həmin üzüyün maraqlı tarixçəsi var. Hələ ötən əsrin 790-ci illərində Müslüm Maqomayevin şöhrəti dünyaya yayılanda İran şahı Məhəmməd Rza Pəhləvi onu öz sarayına dəvət edir. Hadisə 1971-ci ildə baş verir. Bütün qonaqlar, o cümlədən, şah ailəsi Müslümün İrandakı çıxışından razı qalır. “Fiqaro”nun kavantinasını oxuyan müğənninin ifası şahı və saray əyanlarını valeh edir.
Sonda, Müslüm Maqomayev Məhəmməd Rza şahın hüzuruna dəvət olunur. Şah müğənniyə içində sanballı məbləğ olan zərf uzadır. Lakin Müslüm bu pulu götürməkdən imtina edir.
“Qonaq olduğum insanlardan pul almıram” deyə gənc ifaçı şaha cavab verir. Əvəzində şah müğənniyə çox bahalı üzük hədiyyə edir. Məşhur müğənni bu üzüyü həyatının son günlərinədək barmağında gəzdirir.
Müslüm şah sarayında olarkən maraqlı bir hadisə də yaşanır. Sərt etiket qaydalarının mövcud olduğu şah sarayında müğənni bağışlanmaz səhvə yol verir. Belə ki, Məhəmməd Rza şah Maqomayevi məharətli ifasına görə tərifləyəndən sonra onlar sağollaşırlar. Və müğənni çönüb gedərkən zalda uğultu qopur. Saray qaydalarına görə, Maqomayev şaha bay əyəndən sonra arxası qapıya doğru otaqdan çıxmalıymış.
Lakin o, bunu etmir. Şaha arxa çevirərək onun hüzurundan ayrılmanın təhqir olduğunu bilməyən Müslümün “günahı bağışlanır”.
1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin şahbanu titullu xanımı Fərəh Pəhləvi Bakıya səfər edir. Şahbanu üçün Bakıda dəbdəbəli qonaqlıq və konsert təşkil olunur. Bu konsertdə Fərəh Pəhləvinin xahişi ilə Müslüm Maqomayev də oxuyur. Onun ifası Fərəh Pəhləvini valeh edir.
2008-ci ilin 25 oktyabrında həkimlərin səylərinə baxmayaraq dünya şöhrətli Müslüm Maqomayevi ölümün pəncəsindən almaq mümkün olmadı…
Böyük sənətkar torpağa tapşırılandan sonra Maqomayevin varidatını bölmək uğrunda mübahisələr yaşandı. Müğənninin ABŞ-da yaşayan və onun nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel adlı gənc (Maqomayevlə 6 il sevgili olmuş Lyudmila Karyevanın oğlu) M.Maqomayevin mirasından özünə də pay tələb etdi. Bu zaman o, Müslümün barmağındakı İran şahının verdiyi çox bahalı üzüyü də istəyirdi. Onun dəfndən sonra Bakıya gəlişi də elə bununla bağlıydı…
Müslüm Maqomayevin rəsmi varisləri onun dul qadını Tamara Sinyavskaya və ABŞ-da yaşayan qızı Marina ilə 11 yaşlı vəvəsi Müslüm-Alen sayılsa da, nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel təkidlə məlum üzüyü tələb etmişdi.
O zaman Müslüm Maqomayevin həmişə barmağında gəzdirirdiyi məşhur üzüklə bağlı iddialara Tamara Sinyavskaya son qoydu. “Mən nə indi, nə də bundan sonra bu məsələlər haqda danışmaq istəmirəm” deyən mərhum müğənninin xanımı onda söyləmişdi ki, həmin üzüyü Maqomayev özü ilə o dünyaya aparıb. Tamara Sinyavskayanın mərhum dəfn olunanda İran şahının bağışladığı üzüyün müğənninin barmağından çıxarılmadığını deməsindən sonra o söz-söhbətlərə son qoyuldu.
Qeyd edək ki, Emin Ağalarovun həyatımın müxtəlif illəri Müslüm Maqomayevlə birgə keçib. Emin məşhur sənətkarın tələbələrindən biri olub.



Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türk imam İŞİD-ə qoşuldu

Next Post

Çində himn oxumaq yasaqlanıb

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Çində himn oxumaq yasaqlanıb

Terrorçuluğu təbliğ edən 6 uşaq anasına 6 il iş kəsilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.