İran hərbi xərclərini 33 faiz artırır
İran prezidenti Həsən Ruhani 2015-ci ilin büdcəsində hə
rbi xərclərin 33 faiz artırılmasını təklif edir.
Elchi.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,büdcə layihəsi dekabrın 7-də parlamentə təqdim olunub.
Ruhani gələn ilin büdcəsini 8,4 kvadrilyon rial və ya 312 milyard dollar, hərbi xərclərin isə 282 trilyon rial qaldırılmasını təklif edib.
Hərbi xərclərin böyük bir hissəsinin İran İnqilab Keşikçiləri Qvardiyasına xərclənəcəyi nəzərdə tutulub. Büdcə layihəsində neftin qiyməti 70 dollar götürülüb.
Ruhani parlamentə bildirib ki, büdcə ehtiyatla, neftin qiymətinə nəzərən müəyyən olunub.
İranın 6 superdövlətlə razılşamsına görə, İran hər ay dondurulmuş vəsaitlərinin 700 milyon dollarını götürə bilər.



