"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran təkzib edir

18 Avqust 2014 - 23:23
in DÜNYA

Hökumət böhranının həll edilməsindən sonra fəallaşan İraq ordusu kürd peşmərgələri ilə birlikdəimg1620239 ABŞ-ın hava dəstəyi ilə Mosul su bəndini İŞİD-dən təmizləyib

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

İran şiə bölgələrini İŞİD terrorçularından mühafizə etmək üçün sözügedən ərazilərə qoşun yeridib. Axar.az saytının məlumatına görə, ABŞ və İraq ordusunun birgə əməliyyatlarından sonra kürd bölgələrindən sıxışdırılıb çıxarılan terrorçular İraqın şiələr və türkmənlər yaşayan ərazilərə üz tutduğundan İran bu addımı atıb. İran ordusunun İraqın Hanəkin vilayətinə daxil olduğu da gələn xəbərlər içərisindədir.

Məlumatda qeyd olunur ki, bölgəyə zirehli qoşun birləşmələri göndərən İran rəhbərliyi bu addımın şiə əhalisinin təhlükəsizliyini təmin edilməsi üçün atıldığını bildirib. 81-ci ordu ilə İraqa girən İran silahlı qüvvələri indiyədək İŞİD-ə qarşı mübarizə üçün İraqa 130 pilotunu göndərmişdi. Beləliklə, aylardır Türkiyənin atmağa tərəddüd elədiyi bir addımı (ola bilsin səbəb həm də Türkiyə diplomatlarının girovluqda qalmasıdır) İran reallaşdırmış oldu.
Qeyd edək ki, İranın İraq ərazisinə ordu göndərməsi xəbəri ilk dəfə iyun ayının əvvəllərində İŞİD İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirəndə yayılmışdı. Həmin vaxt Amerikanın “Wall Street Journal” nəşri İraq hərbi mənbələrinə istinadən İran hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid 3 hərbi birləşməni, bəzi məlumatlara görə 500, bəzilərinə görə isə 2 min xüsusi təyinatlını İraqın türkmənlərin sıx yaşadığı Kərkük şəhərinə göndərdiyi haqda xəbər yaydı. Qeyd edək ki, SEPAH xarici ölkələrdə əməliyyatlar keçirmək üçün ixtisaslaşmış “Qüds” briqadası bir qayda olaraq İrandan kənarda baş verən münaqişələrdə, o cümlədən Fələstin, Livan, Suriya və İraqda zaman-zaman əməliyyatlara qatılıb. Həmin vaxt iddia olunurdu ki, İraqın şimalında yaşayan şiə olan türkmənlərin faktiki olaraq köməksiz qalaraq kütləvi şəkildə qətlə yetirilməsindən qorumaq, eləcə də şiə türkmənlərin yaşadıqları ərazilərin kürdlər tərəfindən işğal edilərək kürd muxtariyyətinə qatılması təhlükəsini önləmək üçün bu addımı atıb.
Həmin vaxt qeyd olunurdu ki, təcrübəli pilotlar və xüsusi təyinatlılar Tikrit şəhərini İŞİD qüvvələrindən təmizləmək üçün İraq ordusuna dəstək verib. Daha sonra bu qüvvələrin İraqda şiələrin müqəddəs ziyarətgahların yerləşdiyi Nəcəf, Kərbəla və Bağdad şəhərlərinə gedən yolların üzərində qurulmuş mövqelərdə yerləşdirildiyi bildirilirdi. Eyni zamanda həmin vaxt İranın İraqla sərhədlərdəki ordunun hazırlıq vəziyyətinə gətirdiyi bildirilirdi. Həmin vaxt İran rəsmiləri ölkənin Urmiya və Lorestan əyalətlərində İŞİD qruplarının müşahidə edildiyini, ancaq İran hərbi birləşmələrinin bu qüvvələri geri oturtduğunu bildirilirdi.
Ancaq İran hökuməti İraq ərazisinə yeridilməsi xəbərini təkzib edir. Bu barədə “Yeni müsavat”a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirliyin mətbuat xidmətindən verilən açıqlamada qeyd olunur ki, İslam Respublikası İraq ərazisinə hərbi müdaxilə həyata keçirməyib. heç bir ölkənin ərazisində İran ordusu birləşmələri yoxdur. Səfirlik İran hökumətinin başqa ölkələrin ərazisinə qoşun yeridilməsinə qarşı olduğunu da qeyd edib.
Belə görünür ki, İran hökuməti İraqa hərbi təlimatçılar göndərməkdə davam edir. Hazırda İraqda ABŞ ordusunun da dəstəyi ilə İraq ordusu və kürd administrasiyasının silahlıları – peşmərgə qüvvələri – İŞİD-ə qarşı hücum əməliyyatları həyata keçirir. Artıq İraq ordusu ötən gün İŞİD qüvvələrini İraqın əsas su ehtiyatı bəndi olan Mosul bəndindən çıxara bilib. İraq ordusunun sözçüsü General Qasim Ata İraq rəsmi televiziyasına açıqlamasında bildirib ki, İŞİD qüvvələri Mosul bəndindən təmizlənib. Bundan başqa ABŞ hava qüvvələrinin dəstəyi ilə ötən gün kürd peşmərgələri artıq iki aydan çoxdur İŞİD-in nəzarətində olan Mosula daxil olublar. Hazırda İraq ordusu və peşmərgələr türkmən və yezidi kürdlərinin sığındığı Sincar dağlarını nəzarət altına almağa çalışır. Artıq Mahmur şəhəri də İŞİD-dən geri alınıb.
Kənan

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İfrat dərəcədə mədəniyəm” – ELÇİN MİRZƏBƏYLİ

Next Post

Milyarder qızının 57 otaqlı evindən- Fotolar

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Milyarder qızının 57 otaqlı evindən- Fotolar

Rus xanım ərəb sevgilisini öldürdü (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.