İranın İstanbul, Trabzon və Ərzurumdakı diplomatik nümayəndəlikləri bu gün bağlı olacaq.
Bu barədə İranın Türkiyədəki səfirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib.




