İran və Belarus hərbi əməkdaşlıq üzrə müştərək komissiya yaratmaq qərarına gəliblər. Elchi.az xəbər verir ki, İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Belarusun müdafiə naziri Viktor Hrenin Tehranda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri ilə görüşüb.
İki ölkənin silahlı qüvvələri arasında çoxşaxəli əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə Tehran və Minsk arasında hərbi əməkdaşlıq üzrə müştərək komissiyanın yaradılması barədə razılıq əldə olunub.
Belarusun müdafiə naziri Hrenin iyulun 31-də Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb və görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.
Nuranə Məmmədova





