İran və Misir təhlükəsizlik sahəsində əlaqələrin bərpası və koordinasiya komitəsinin yaradılması haqqında ilkin razılığa gəliblər.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyindən bildirilib.
Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə şəbəkəsi məlumatlı mənbələrə istinadən cümə günü bildirib ki, Misir-İran arasında müşahidə olunan gərginliyin azalması Qahirə və Tehran arasında ikitərəfli münasibətlərin nizamlanmasına imkan yaradır.
Təfərrüatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehran və Qahirə arasında əlaqələrin inkişafını alqışlayıblar.
Yeganə




