İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan iki ölkə arasında gərginliyin yüksəlməsindən 7 il sonra İranın paytaxtı Tehranda görüşüb.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan iki ölkə arasında münasibətlərin normallaşması üçün 7 il sonra İranın paytaxtı Tehranda görüşüblər. İki ölkə arasında normallaşma addımlarını müzakirə edən nazirlər daha sonra birgə mətbuat konfransında danışıblar.
İran xarici işlər naziri Abdullahiyan səudiyyəli həmkarı ilə Tehranda təkbətək görüşməkdən xoşbəxt olduğunu ifadə edərək, “Normallaşma addımlarından 100 gün sonra Tehranda görüşə bildik. Bu müddət ərzində iki ölkənin paytaxtlardakı səfirliklərinin, Məşhəd və Mədinədə konsulluq binalarının fəaliyyətə başlaması üçün lazımi hazırlıq işləri görmüşük.
Ər-Riyad rəhbərliyinə göstərdiyi səylərə görə təşəkkür edərək Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri inkişaf etdirmək istədiklərini qeyd edən Abdullahiyan, “Ər-Riyad rəhbərliyi ilə iqtisadi, siyasi, sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizəni əhatə edən ortaq komitələr yaratmaq üçün razılaşdıq. Əgər iki ölkənin liderləri razılaşarsa, biz bu razılaşmaları sürətlə həyata keçirməyə başlayacağıq”, – deyə o bildirib.
Məmmədova Nuranə






