İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının Vyanadakı müzakirələrin baş koordinatoru Cozep Borrellə telefon danışığı aparıb.
Elchi.az-ın məlumatına görə, Hüseyn Əmir Abdullahian telefon danışığında özünün Vyanada iştirakı üçün şərt irəli sürüb.
O qarşı tərəfin İranın “qırmızı xət”lərinə əməl edəcəyi təqdirdə Vyanaya səfər edəcəyini bildirib: “İran yaxşı və təcili bir sazişi əldə etmək üçün hazırdır. Lakin Qərb ölkələrinin tələsməsi İranın “qırmızı xət”lərinə əməl etməyə maneə yarada bilməz. Xarici işlər nazirlərinin Vyanaya səfər etməsi və saziş haqqında razılığın əldə olunmasını elan etmək yalnız buna əməl etməklə mümkündür. Bu “qırmızı xət”lərdən biri də İrana zəmanətlərin verilməsi və onun iqtisadiyyatına təsiridir”.
Telefon danışığında Borrelı İran və “4+1” ölkələri arasındakı müzakirələrin inkişaf etdiyini və tezliklə nəticə əldə olunacağını bildirib.






