Avropa Birliyi İranda insan hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqinin müddətini artırıb.
Rusiya mətbuatının verdiyi məlumata görə, 11 aprel 2016-cı ilə qədər nəzərtə tutulmuş sanksiyaların müddətini 13 aprel 2017-ci ilə qədər artırılıb.
Bildirilib ki, İranda insan hüquqlarını pozan 82 şəxsə və bir hüquqi insana qarşı məhdudlaşdırıcı tədbirlər görüləcək..
Qeyd olunub ki, bu qərar aprelin 12-də Avropa Birliyinin rəsmi jurnalında dərc olunandan sonra qüvvəyə minəcək.




