İranın Xuzistan əyalətinin Rəmşir rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Rəmşir rayonunun Müşrage qəsəbəsi olan 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 14.45-də qeydə alınıb.
Zəlzələ yerin 13 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Nuranə Məmmədova






