İranda 30 yaşlı gənc məişət problemlərinə görə qadın və uşaqların da olduğu 12 qohumunu güllələyib.
Elchi.az xəbər verir ki, İranın cənubundakı Kirman əyalətində ailə faciəsi baş verib.
30 yaşlı gənc məişət problemləri ucbatından atası, qardaşı və arvadının qardaşı da daxil olmaqla 12 qohumunu Kalaşnikov avtomatı ilə güllələyib.
Hadisədən sonra qaçan 30 yaşlı hücumçu polisin keçirdiyi əməliyyat zamanı ölü halda saxlanılıb.
Nuranə Məmmədova






