İranın Kirman əyalətində Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki partlayışda 73 nəfərin öldüyü, 171 nəfərin yaralandığı açıqlanıb.
Elchi.az bu barədə İran dövlət televiziyasına istinadən xəbər verir.
Yanvarın 3-də ABŞ-ın Bağdaddakı hücumunda İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
Tapıntılara görə, təxminən 10 dəqiqə ara ilə baş verən iki partlayışda 73 nəfər həyatını itirib, 171 nəfər yaralanıb. 3 yanvar 2020-ci ildə Bağdadda ABŞ-ın hücumu zamanı həlak olan Süleymaninin öldürülməsinin 4-cü ildönümü münasibətilə anma proqramları təşkil edilir.
Nuranə Məmmədova






