Beynəlxalq Dəniz Təşkilatı Şurası ABŞ-ın tələbindən sonra oktyabr ayında İranda keçirilməsi planlaşdırılan iclasını ləğv edib.
Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında deyib.
“Beynəlxalq Dəniz Təşkilatı Şurasının Tehranda Ümumdünya Dəniz Günü ilə bağlı tədbir keçirmək planlarını ləğv etmək qərarını alqışlayırıq. İran davamlı olaraq dənizçilərin, kommersiya gəmiçiliyinin təhlükəsizliyini və naviqasiya azadlığı barədə qaydaları pozur”,- Miller bildirib.
Qeyd edək ki, son iki ildə Tehran hökuməti Fars körfəzində heç bir səbəb olmadan 20-dən çox gəmiyə əvvəlcədən xəbərdarlıq etmədən hücum edib, bir neçəsini ələ keçirib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






