İranda İngiltərə adına casusluq ittihamı ilə edama məhkum edilən keçmiş müdafiə nazirinin müavini Əli Rıza Əkbəri edam edilib.
Elchi.az xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin xəbərinə görə, “İngiltərə hökumətinin kəşfiyyat xidməti adından casusluq etmək, ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyətlər həyata keçirmək və bu ittihamlarla edama məhkum edilən Əli Rza Əkbəri dünyada korrupsiya yaradan edam edilib”.
Xəbərdə Əkbərinin İngiltərə kəşfiyyatının agentləri ilə dəfələrlə görüşdüyü və bu görüşlər zamanı iranlı alimlər də daxil olmaqla 178 nəfər haqqında məlumatı ingilis agentlərinə pul qarşılığında təklif etdiyi bildirilib.
Bildirilib ki, Əkbəri 27 noyabr 2020-ci ildə paytaxt Tehranda qətlə yetirilən alim Muhsin Fəhrizadəni Britaniya agentləri ilə görüşlərində “əsas texniki fiqur” kimi təqdim edib.
Mizan Xəbər Agentliyi yanvarın 11-də keçmiş prezident Məhəmməd Hatəminin dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışmış Əli Rıza Əkbərinin bir müddət əvvəl İngiltərə adına casusluq etdiyi üçün həbs edilərək həbs olunduğunu açıqlayıb.
Bu prosesdə mühakimə olunaraq “casusluq” maddəsi ilə cinayət işi açılan Əkbərinin məhkəmə tərəfindən edam cəzasına məhkum edildiyi bildirilib. Bildirilib ki, müttəhimin qərara etirazından sonra dosye Ali Məhkəməyə daşınıb, Ali Məhkəmə isə etirazı rədd edərək Əkbəri barəsində edam hökmünü təsdiqləyib.
Mövzu ilə bağlı Kəşfiyyat Nazirliyinin açıqlamasında, Əkbərinin ölkənin həssas və strateji mərkəzlərinin məlumatlarını İngiltərənin “MI6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə (SIS) ötürdüyü müəyyən edilib.
Açıqlamada Əkbəri “İranın strateji qurumları haqqında mühüm məlumatlar toplayan və topladığı məlumatları dəfələrlə tam şüurlu və hədəflənmiş şəkildə İngilis kəşfiyyatına təqdim edən Gizli Kəşfiyyat Xidmətinin ən mühüm casuslarından biri” olaraq xarakterizə edilib.
İkili İran-Britaniya vətəndaşlığı olan Əkbərinin nə vaxt həbs edildiyi bildirilməsə də, ölkə mediası onun 2019-2020-ci illər arasında Mİ6 adından casusluq ittihamı ilə həbs edildiyini yazıb.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli 11 yanvarda Tvitterdə paylaşdığı mesajda Əkbərin ölüm hökmünə reaksiya verərək, qərarı “siyasi” adlandırıb və Əkbərinin edamının dayandırılmasını və dərhal azad edilməsini istəyib.
Şayəstə




