İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 524 nəfərə çatıb.
İranda son 24 saat ərzində 3228 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6147872 nəfərə çatıb.





