
İranda edamların sayında artım müşahidə olunub. Bu barədə məlumatı Beynəlxalq Əfv Təşkilatı yayıb.
Hesabata əsasən İranda 2015-ci ilin yalnız ilk 6 ayında edam edilənlərin sayı 694 nəfərdir.
Beynəlxalq Əfv Təşkilatı hesabatında 1 yanvar ilə 15 iyul arasında 694 nəfərin edam olunduğunu bildirib.
2014-cü ildəki məlumatlarda isə bir ildə 743 nəfərin edam olunduğu bildirilir. Bu, o deməkdir ki 2015-ci ilin ilk 6 ayında edam edilənlərin sayı 2014-cü ildə edam edilənlərin sayına yaxındır.
Təşkilatın hesabatında edam qərarlarının azad olmayan və qeyri-qənaətbəxş məhkəmələr tərəfindən qəbul edilməsindən narahatlıq da ifadə olunub.



