İranlılar həftələrdir İsrailin hücumu altında olan Qəzza zolağında mühasirədə olan fələstinlilərlə həmrəylik əlaməti olaraq ümummilli nümayişlər keçiriblər.
Elchi.az BBC.com-a istinadən bildirir ki, bu barədə İranın Mehr agentliyi xəbər verir.
Minlərlə insan bu gün Qəzzada davam edən qan tökülməsinə öz qəzəblərini ifadə etmək üçün müxtəlif şəhər və əyalətlərdə küçələrə çıxıb.
Onlar Fələstin bayraqlarını dalğalandırıb, İsrail və Qərb əleyhinə şüarlar səsləndiriblər.
Etirazçılar həmçinin İsrailin günahsız dinc əhaliyə qarşı qətliamını pisləyib və İsrail rejimini məsuliyyətə cəlb etməyə çağırıblar.
Yeganə






