
Elchi.az-ın məlumatına əsasən, ölənlərin sayı 200-ə çatıb. Yerli hökumət nümayəndələrinin verdiyi məlumatda qeyd edilir ki, 1.600 nəfər xəsarət alıb.
***
İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.
“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə mənbə bildirib.
İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.







