"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranda seçkilər nəyi dəyişəcək? – ŞƏRH

01 Mart 2016 - 20:48
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İranda 9-cu çağırış parlament seçkilərində Prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr böyük fərqlə qələbə qazandı. Bu, Qərbin İranla barışması və beynəlxalq sanksiyaların bu ölkə üzərindən götürülməsindən sonra keçirilən ilk seçki idi.

Seçkinin nəticələrini qiymətləndirən Ruhani bildirib ki, seçkilər İranın beynəlxalq təcridinin qarşısını almaq cəhdlərinə olan dəstəkdir. Çünki nüvə razılaşmasına baxmayaraq o, daxildə islahatlar üçün müqavimətlə üzləşmişdi.

Siyasi ekspertlər hesab edir ki, İranda islahatçıların qalib gəlməsi bu ölkənin dünyaya inteqrasiyasını daha da gücləndirəcək.

Politoloq Elxan Şahinoğlunun fikrincə, vaxtilə İranda hakimiyyətdə olan mühafizəkarlar nüvə çalışmalarına başlamaqla bu ölkəni sanksiyalara sürükləyib. Nəticədə İran böyük maliyyə itkiləri ilə üzləşməli olub

“Həsən Ruhani hakimiyyətə gələndən sonra İranda vəziyyəti xeyli dəyişdi. O, dünyaya bəyan etdi ki, “bizim nüvə silahı əldə etmək kimi fikrimiz yoxdur” və ölkəsini 11 illik sanksiyalardan xilas etdi. Nüvə silahı yaratmayacaqdısa, İranı 11 il geri salmaq kimə və nəyə lazım idi? Bu sualın cavabı hələ də açıq qalır.

Hazırda İran islahatçı prezidenti və yeni islahatçı parlamenti ilə yenidən dünyaya açılmaq istəyir. Ancaq İranda islahatın sərhədi dardır. O qədər dardır ki, islahatçı prezident prezidentliyə keçmiş iki namizədi qanunsuz ev həbsindən qurtarmaqda acizdir, normal dövlətlərdə olduğu kimi əfv fərmanı vermək səlahiyyətinə belə malik deyil. Ordu, polis və media ali dini liderin nəzarətindədir. Bunun qarşısında prezident və yeni islahatçı parlament hansı sahələri islah edəcəklər ki?”

Politoloq Zərdüş Əlizadənin sözlərinə görə, İran zamanın tələbi ilə ayaqlaşmaq istəyir. Ona görə də xalqın iradəsinə uyğun dəyişikliklər aparılır.

“Hesab edirəm ki, yeni hakim təbəqə xalqın istədiyi islahatları sürətləndirə biləcək”.

Politoloq Fikrət Sadıqov isə bildirib ki, Qərb ölkələri tərəfindən İrana qarşı sanksiyaların ləğvindən sonra bu ölkə inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır: “İranın dini rəhbərliyi başa düşür ki, təcrid vəziyyətindən çıxmaq istəyirlərsə, dünya ölkələri ilə sıx münasibətlər yarat lazımdır. Bu da yeni simaların siyasətə gəlməsi ilə mümkün ola bilər. Artıq İran parlamentinin mənzərəsi dəyişib. Ora daha mütərəqqi düşüncə daşıyıcıları gəlib. Hesab edirəm ki, bu da İranın aparıcı dövlətlərlə daha sıx münasibətlərinin yaranmasına səbəb olacaq”.

F.Sadıqov, həmçinin qeyd edib ki, İran uzun illər ərzində dünya ölkələri ilə müəyyən məsafə saxlayıb. Amma, bu o demək deyil ki, İranın strateji kursu dəyişir, xarici siyasətində ciddi dəyişikliklər baş verəcək.

“Əsas prioritetləri qalsa da, yaranmış vəziyyətlə əlaqədar bəzi düzəlişlər edəcəklər. Hesab edirəm ki, bu, İran xalqının və siyasi elitasının maraqlarına cavab verir”.

Qərb ölkələri də İrandakı seçkilərin nəticələrinin bu ölkəni dəyişəcəyi qənaətindədir.

“The Guardian” qəzeti yazır ki, İranda keçirilmiş seçkilər ölkənin mötədil prezidenti Ruhaniyə Qərblə daha geniş dialoq imkanı yaradacaq.

Seçkilərin nəticələri prezident Ruhani tərəfdarlarının ciddi uğurlar qazandığını göstərir.

Ekspertlərin fikrincə, yeni parlamentin tərkibi onun prezidentlə qarşıdurmasını xeyli zəiflədəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayıldan Nobel prospektinə magistral yol çəkiləcək

Next Post

Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb – Ukrayna kəşfiyyatı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

Bu məşhurlar xalqa səsləndi – Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.