İranda İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid hərbi bazada yanğın olub.
Elchi.az-ın məlumatına görə, İran mətbuatı yanğının Kirmanşah əyalətinin Mahdəşt şəhərində baş verdiyini bildirib.
Məlumata görə, hadisə motor yağı saxlanan anbarda baş verib.
Hadisə ilə bağlı detallar açıqlanmasa da yanğının söndürüldüyü qeyd edilib.






