İranın paytaxtı Tehranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücumlar nəticəsində 33 nəfərin yaralandığı bildirilir.
Bu barədə yaralıları qəbul edən xəstəxana rəsmiləri açıqlama veriblər. Türbəyə edilən hücum zamanı terrorçulardan biri özünü partladıb.
Bir qədər əvvəl türbənin yaxınlığında ikinci bir partlayışın baş verdiyi iddia edilsə də, rəsmilər bu iddiaları təkzib ediblər.
Hücumlara görə, “İŞİD” terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.(AzNews.az)




