"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İrandakı əsl müsəlmanlar hərəkətə keçib islam düşməni olan rejimi ya dəyişməli, ya da…”

31 Yanvar 2023 - 11:20
in MANŞET

Dünən Tehrandakı səfirliyimizdə qətlə yetirilən Orxan Əsgərovun dəfnində Qafqaz Müsəlmnanları İdarəsinin rəhhbəri şeyxülislam Allahşükür Paşazadənin İrana yönəlik kəskin çıxışları cəmiyyətdə ciddi rezonans doğurdu.
Moderator.az şeyxin çıxışını şərh etmək üçün millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevə müraciət edərək aşağıdakı cavabı alıb:
“Şeyx Həzrətləri xalqımız üçün ağır zamanlarda həmişə onun yanında olub. Həmişə çalışıb ki, məşrəbindən,məzhəbindən, təriqətindən asılı olmayaraq bütün dünya müsəlmanları bir-birinn yanında olsun, sülh, əmin-amanlıq içərisində yaşasınlar. O, təkcə müsəlmanlar arasında qardaşlığın olması istiqamətində çalışmayıb, həm də fərqli dini inanclara mənsub ölkələr və xalqlar, o cümlədən onlarla müsəlmanlar arasında həmrəyliyin və əməkdaşlığın yaranması üçün yorulmadan fəaliyyət göstərib. Şeyx Həzrətəri qonşularımızla, xüsusilə şiə İranla dostluğa böyük önəm verib. Onun bu istiqamətdə, dostluğa xidmət məqsədilə etdiyi çıxışlar cəmiyyətimizdə bəzən ciddi tənqidlə üzləşib. Amma indi Şeyx Həzrətləri də görür ki, “bıçaq sümüyə dirənib”. İrandakı fars şovinist rejim dostluq jestlərini zəiflik kimi qəbul edir və azərbaycanlılara münasibətdə özünün istismarçı və assimilyasiya siyasətindən əl çəkmək fikrində deyil. Hələ bu azmış kimi müsəlmanlara divan tutmuş, müsəlman tarixi abidələrini, muzeylərini dağıtmış Ermənistana bütün vasitələrlə kömək edir, iki xalq arasında sülhün yaranmasına imkan vermir. Ona görə də o haqlı olaraq deyir ki, İran bizim yox, Ermənistanın qardaşıdır. İrandakı əsl müsəlmanlar onun dedikləri barədə ciddi düşünməli və hərəkətə keçib islam düşməni olan rejimdən haqlarını tələb etməli, rejimi ya dəyişməli, ya da onun Azərbaycana yönəlik siyasətini dəyişməyə məcbur etməlidirlər.
Hesab edirəm rejimi müdafiə edən polisin gözü qarşısında və onun heç bir müdaxiləsi olmadan Azərbaycanın Tehrandakı səfirliyinin qapısının gürzlə (ağır çəkiclə) sındırılması və səfirliyin əməkdaşının avtomat silahla qətlə yetirilməsi Şeyxin məlum açıqlama ilə çıxış etməsi zərurətini yaratmışdır”.
Xatırladaq ki, A.Paşazadə İranda 40 milyona yaxın azərbaycanlının İran rejiminin girovluğunda olduğunu bildirmişdi:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN-dən İrana səyahət etmək istəyənlərə xəbərdarlıq

Next Post

Qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı – Video

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı – Video

Qanunsuz tikintinin qarşısı ikinci dəfə alındı - Video

Yaponiya və Hollandiyadan Çinə qarşı çip addımı

Yaponiya və Hollandiyadan Çinə qarşı çip addımı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.