Fars körfəzi ölkələri ilə hərbi təlimlər təşkil etməyə hazırıq
İran Fars körfəzinin ərəb ölkələri ilə ümumi hərbi təlimlər təşkil etməyə hazırdır. Bu barədə ölkə parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyanın sədri Ələddin Borudjerdi bildirib.
ANS PRESS-in məlumatına görə, o xatırladıb ki, İran Fars körfəzi ölkələri ilə birgə təlimlərdə dəfələrlə iştirak edib.
Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və başqa dövlətlər ərəb ölkələrinə silah satmaq imkanı qazanmaq üçün iranofobiya təbliğatı ilə məşğul olurlar: “Təəssüf ki, Fars körfəzində yerləşən ərəb dövlətləri əsasən Qərb ölkələrinə etibar edirlər.”
Ə.Borudjerdi deyib ki, İran daha əvvəl yüksək vəzifəli məmurların səfərlərini təşkil etməklə Fars körfəzi ölkələri ilə əməkdaşlığa hazır olduğunu göstərib. Məsələn, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Səudiyyə Ərəbistanına səfərini göstərmək olar. Ancaq Səudiyyə Ərəbistanının hakimiyyət nümayəndələri İran İslam Respublikasına gəlmirlər.
ANS PRESS



