"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrandan Azərbaycana sensasion təklif

02 Fevral 2015 - 13:40
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

İrandan Azərbaycana sensasion təklifBəzi ölkələr Türkmənistandan qazı Xəzərdən sualtı kəmər çəkməklə Avropaya nəql etməyi planlaşdırır. Ancaq bu, iqtisadi baxımdan məqsədəuyğun deyil.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə İranın milli qaz şirkəti (NİCG) bəyan edib.

Şirkət elan edib ki, İran Azərbaycan və Türkmənistan qazını Türkiyə üzərindən Avropaya ötürməyə hazırdır. NİCG hesab edir ki, bu, iqtisadi baxımdan ən sərfəli və effektiv qaz nəqli marşrutudur.

Şirkətin beynəlxalq işlər üzrə direktoru Əzizullah Ramazani deyib ki, bəzi Avropa ölkələrinin Xəzərin dibindən qaz kəməri çəkmək planları iqtisadi baxımdan özünü doğrulda bilməz və tamamilə bahalıdır. İran isə Avropaya qaz nəqli üçün ən sərfəli dəhlizdir.

“Hazırda Avropa hökumətləri siyasi səbəblərə görə İrandan qaz idxal etmək istəmirlər, lakin Avropa ölkələrinin parlamentləri bu məsələni öyrənir” – deyə Ə.Ramazani bildirib.

NİCG İranın elektrik stansiyalarına, sənaye və kommersiya obyektlərinə, habelə əhalisinə təbii qazın nəqli və paylanması ilə məşğuldur. İran həmçinin 30 min kilometr uzunluğunda yüksək təzyiqli qaz kəmərləri şəbəkəsinə malikdir və bu sahədə dünyada ən böyük göstəriciyə malikdir. Hələlik Azərbaycan və Türkmənistan rəsmiləri İranın təklifinə reaksiya verməyiblər.

Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi uzun illərdir mövcuddur. Bu layihəni ABŞ və Avropa İttifaqı dəstəkləyir. Lakin layihənin həyata keçirilməsi baxımından ciddi siyasi əngəllər var. İran və Rusiya dəfələrlə bildiriblər ki, Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə “ekoloji risklərə görə” qarşı çıxırlar. Ötən həftə Azərbaycan, Türkmənistan və Türkiyə enerji rəsmiləri Aşqabadda Transxəzər layihəsinə dair müzakirə aparıblar.

İranın nüvə proqramlarına görə Qərb bu ölkə ilə enerji əməkdaşlığına məhdudiyyət qoyub. Bu səbəbdən İran qazının Avropa bazarlarına çıxışı hələlik siyasi səbəblərə görə mümkün deyil. Lakin ABŞ və Qərb ölkələri İranla nüvə proqramlarına dair anlaşma əldə etsə, vəziyyət radikal şəkildə dəyişə bilər. Bu halda İranın nəhəng qaz ehtiyatları Avropa üçün açılardı.

İran qazının Avropaya nəqli üçün Türkiyə dəhlizindən istifadə mümkündür. Türkiyə rəsmiləri indidən bu varianta hazırlaşırlar və deyirlər ki, gələcəkdə İrandan Avropaya qaz nəqli Türkiyənin enerji dəhlizi kimi statusunu daha da artıracaq.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan neftinin İran üzərindən nəqli ideyası olsa da geosiyasi baxımdan bu ideya baş tutmadı və Bakı-Tiflis-Ceyhan marşrutu seçildi. Hərçənd ki, Azərbaycanın əsas ixrac neft kəmərinin İrandan keçməsi daha ucuz başa gələ bilərdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu

Next Post

Məzar oğrusu tutuldu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Məzar oğrusu tutuldu

Siqaret və içki bahalaşdı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.