İran Xarici İşlər Nazirliyi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, nazirliyin sözçüsü Bəhram Qasımi verdiyi açıqlamada ölkəsinin bu hücumu qınadığını bildirib:
“Vəhşicəsinə törədilmiş cinayət beynəlxalq hüquqla heç bir bağı olmayan radikal qrupların ölkələr arasında çaxnaşma salmaq və bölgəni daha çox xaosa sürükləmək hədəfi ilə barbarcasına hücumlar törətdiyini göstərməkdir”.
Qasımi Rusiya hökumətinə və həyatını itirən Karlovun ailəsinə hökumət adından başsağlığı verib.




