"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrandan Rusiya əleyhinə sürpriz gediş – Ankara və Bakı uduşda

15 Dekabr 2015 - 10:01
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 İrandan Rusiya əleyhinə sürpriz gediş – Ankara və Bakı uduşda

Tehran Suriya məsələsindә Moskva ilə hərbi ittifaqdan çıxdı; İranın qəfil qərarının pərdəarxasında hansı hədəflər durur, Kreml təklənir?..

İran özünün Suriyadakı say-seçmə (elit) hərbi qüvvələrini – İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrini Rusiyanın başçılıq elədiyi hərbi ittifaqdan çıxarıb. Musavat.com-un məlumatına görə, belə bir sensasiyalı xəbəri nüfuzlu “Bloomberg” agentliyi yayıb. 
 
Agentlik bu xüsusda iki ay öncə ABŞ prezidenti Barak Obamanın Suriyada Rusiya-İran döyüş əməkdaşlığını “iki ölkənin koalisiyası” adlandırmasını yada salaraq vurğulayıb ki, artıq indi bu “koalisiya” dağılmış hesab oluna bilər. 
Tehranın Rusiya ilə hərbi ittifaqa son qoymasının səbəbi kimi İran qüvvələrinin Suriyada çox böyük itki verməsi göstərilir. Xəbərlərə görə, ABŞ kəşfiyyatında məlumat var ki, Hələb yaxınlığında İran ordusunun əfsanəvi generalı Kasem Süleymani yaralanıb, bəlkə də öldürülüb. Agentlik hadisələrin bu cür dönüşünü “sürpriz” kimi dəyərləndirib.
***
Ancaq səbəb yəqin ki, təkcə İran generalının ölümü ilə, Suriyada Tehranın üzləşdiyi canlı itkilərlə bağlı deyil. Bütün hallarda əgər məlumat doğrudursa, – buna şübhə etməyə hələlik ciddi əsaslar yoxdur, – o zaman bu, Kremlin Suriya planlarına, onun Suriyada və ümumən regiondakı maraqlarına, Rusiyanın özünə ciddi zərbə sayıla bilər. Çünki Suriya planlarında İran Moskvanın 1 nömrəli ortağı hesab edilir və Tehranın belə bir addımı Bəşər Əsəd rejiminin hərbi müdafiəsini yüzdə-yüz zəiflətmiş olacaq. 
Əsəd rejiminin möhkəmliyi isə Putinə, ən əvvəl Qərblə siyasi bazarlıq üçün, o cümlədən onun Rusiyanı dünyaya fövqəldövlət kimi həzm etdirməsi və bütün bunların fonunda Ukrayna mövzusunu dünyanın gündəmindən çıxarmaq üçün lazım idi. İranın öz hərbi dəstəyini çəkməsi bu planların həyata keçməsini daha əlçatmaz edə, Moskvanın Suriyadakı məğlubiyyətini tezləşdirə bilər.
Başqa az əhəmiyyətli olmayan səbəblər də sadalamaq mümkündür. O sırada şübhəsiz ki, təzəcə sanksiyalardan qurtulmaqda olan İranın Rusiyaya görə Qərb timsalında özünə yeni güclü rəqib qazanmaq istəməməsi anlaşıqlı görünür. Tehran şəksiz ki, belə həssas mərhələdə Qərblə təzə qarşıdurmada maraqlı deyil. İş ondadır ki, Qərb (Avropa) cənub qonşumuza öz nəhəng qaz ehtiyatlarını satmaqdan ötrü böyük bir bazar kimi gərəkdir. Bu bazarı İran Rusiyanın cari maraqlarına, Bəşər Əsədə qurban vermək istəməz – bədəli həddən ziyadə böyükdür.
 
Avropa qaz bazarına ən əlverişli tranzit ölkə isə qonşu Türkiyədir. Başqa yandan, hazırda Ankaranın Moskva ilə bəlli səbəbdən münasibətlərinin kəskinləşməsi İranın qaz ölkəsi kimi Türkiyədən ötrü əhəmiyyətini ikiqat artırıb. Yəqin ki, İran da fərqindədir ki, Ankara Kremldən qaz asılılığını azaltmaq üçün hazırda intensiv yollar axtarır.
Artıq Qətər və Azərbaycan qardaş ölkəyə əlavə qaz ixracı məsələsində kömək əli uzadacağını vəd edib. Lakin bu, Rusiyadan 55%-lik qaz asılılığında olan Türkiyə üçün yetərli deyil. İran isə boşluğu asanca doldura bilər. Bu da İran büdcəsi və iqtisadiyyatı üçün əlavə milyardlar deməkdir. 
 
***
Cənub qonşumuz onu da başa düşür ki, Suriyaya görə İranla Türkiyə arasında yaşanan konfrontasiya istər-istəməz digər türkdilli qonşu Azərbaycanla münasibətlərə də sıçrayacaq və öz neqativ təsirini göstərəcək. Hər necə olmasa, Türkiyə ilə Azərbaycanın strateji maraqları üst-üstə düşür, onlar qardaş ölkələrdir. Türkiyənin dostu-müttəfiqi, tərəfdaşı olan avtomatik şəkildə Azərbaycanın da dost-müttəfiqinə və tərəfdaşına çevrilir və ya əksinə.
Nəhayət, güman etmək olar ki, İran Rusiyanın Suriyada “cəhənnəmə getdiyini” artıq anlayıb və ona “yol yoldaşı” olmağı arzulamır.
O da istisna deyil ki, Tehran Moskvanın Türkiyə avantüralarına cəlb olunacağı, bu avantüraların ağır nəticələrini bölüşəcəyini özü üçün ciddi şəkildə götür-qoy edib. Halbuki, indi əsl fürsətdir ki, İran özünün energetik maraqlarından çıxış edib Türkiyə ilə əlaqələri istiləşdirsin, çünki qeyd edildiyi kimi, Rusiya qazına əsas alternativ İran qazıdır.
***
Beləliklə, Bəşər Əsəd məsələsində Rusiyanın İran, Suriya, Hizbullah təşkilatı və bəzi başqa ərəb (şiə) ölkələri ilə koalisiya qurmaq planının fiasko olduğunu söyləmək olar. Bütövlükdə son vaxtlar, xüsusən də ötən il Krımı ilhaq etdiyinə görə beynəlxalq sanksiyalarla üzləşdikdən sonra Rusiya ciddi cəhdlə təklənmədiyini sübut eləməyə çalışır. Suriyaya hərbi müdaxilədə güdülən hədəflərdən biri də sözsüz ki, budur – təbii ki, Krımın ilhaqını unutdurmaq arzusu ilə birgə.
Amma göründüyü kimi, Kremlə hələ ki, qoyulan hədəflərə çatmaq müyəssər olmur. Diqqət edin, Suriyada Rusiyanın hərbi-hava əməliyyatlarına başlamasından iki aydan çox ötsə də Əsəd qüvvələri heç bir mühüm irəliləyişə nail ola bilməyib. İranın elit hərbi qüvvələri olmadan belə bir şey bundan sonra ümumiyyətlə, real görünmür. Əvəzində rusların canlı itkiləri gündən-günə artmaqdadır.
 
İkinci yandan, Qərb, Türkiyə öz israrını dəyişməyib: “Bəşər Əsəd getməlidir, o, yalnız 6 aylıq keçid dövründə iqtidarda qala bilər”. Üstəlik, indi nə qədər qəribə də olsa, Moskva öz ilə olan-qalan potensial tərəfdaşlarını da özündən itələməkdədir – Türkiyə kimi.
Əslində Rusiya artıq bütünlüklə qeyri-dost ölkələrlə əhatələnib – Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Baltikyanı ölkələr. Hətta həmsərhəd Çini, Qazaxıstanı, Belarusu, Azərbaycanı da Rusiyaya dost ölkə saymaq mümkün deyil.
 
Rusiyanın dünyada yeganə dostu Ermənistandır. Bunu Krım olayları və “Su-24″ insidenti bir daha təsdiqlədi. Bu da isti fakt:  dekabrın 9-da Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi Komitəsinin iclasında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçaturov bildirib ki, təşkilatın qərargah rəisləri Türkiyə ilə konfliktdə Rusiyanın mövqeyini müdafiə edib və Türkiyənin ”Su-24″ təyyarəsini vurmasını “arxadan zərbə” və “Türkiyənin alçaq təcavüzü” adlandırıb. Lakin bundan az sonra Belarusun, Qazaxıstanın və Qırğızıstanın Müdafiə nazirlikləri təkzib bəyanatları yayaraq bildirib ki, Xaçaturov heç də Minskin, Astananın və Bişkekin mövqeyini ifadə eləmir, onlar bu mövqedə deyillər. Yəni bu üç dövlət erməni-rus cütlüyünün mövqeyinə qarşı çıxıb.
Göründüyü kimi, Rusiya hətta özünün yaratdığı hərbi-siyasi blokda təklənmiş durumdadır. Çünki Ermənistan dövlət atributlarını, müstəqilliyini çoxdan itirmiş və regional siyasətə hər hansı təsiri olmayan süni bir qurumdur və onun Rusiyanı müdafiə etməsinin siyasi və geosiyasi dəyəri yoxdur.  
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Həmsədrlərin prezidentləri görüşdürməsi ildən-ilə çətinləşir”

Next Post

Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

Bakıda yeni sürüşmə mənbələri yaranıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.