“İran Azərbaycanla Ermənistan arasında danışıqların müsbət gedişatını regionda maraqlarının təhdidi kimi hesab edir. Xüsusilə Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında israrlı olması, bunu Astanada keçirilən beynəlxalq tədbirdə prezident İlham Əliyevin sammit iştirakçılarının nəzərinə çatdırması Tehranın hərəkət etməsi ilə nəticələnir”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Astanada Azərbaycan və İran prezidentlərinib görüşünün keçirilməsinə baxmayaraq rəsmi Tehran Araz çayı boyu Azərbaycanla sərhəddə İslam Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinə başlayır.
Bu təlimlər Azərbaycan və Türkiyə tandeminə qarşı keçirilir və regionda geosiyasi reallıqları qəbul etməyəcəyi mesajını verir. İranın bu “əzələ nümayişi” regionda formalaşmış siyasi konfiqurasiyanı pozmaq iqtidarında deyil. Regionda yeni güclər Tehranı daxildən sarsıda bilər.
Qeyd edim ki, gələn il “Zəngəzur” dəhlizinin reallaşması mümkündür. İran bu reallıqla barışmaq məcburiyyətində olacaq. Ümumiyyətlə, İranın Cənubi Qafqazda geosiyasi mövqeyinin möhkəmləndirməsi mümkün deyil”.
Şayəstə





