"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İranın Ermənistanla əlaqələri uzun illərə dayanır” – POLİTOLOQ

18 Aprel 2023 - 19:58
in SİYASƏT


“Bu münasibətlərin ana xəttini Azərbaycan qarşı birgə mövqe təşkil edir. İran hər zaman güclü Azərbaycan dövlətini özü üçün təhid olaraq görüb. Birinci Qarabağ savaşında Ermənistanın silah sursatla, erməni döyüşçülərini lazımi təchizatla təmin etməsi faktdır”-bunu Elchi.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

O, eyni zamanda əlavə edib:”Eyni şəkildə müharibə dövründə SEPAH-ın Ermənistanın ASALA terror təşkilatı təmsilçiləri ilə görüşlərinə dair də kifayət qədər fraktlar mövcuddur.
Torpaqlarımızın 30 illik işğalı dövründə də İran Ermənistanın blokadaya düşməməsi üçün nə lazım idisə etdi. Demək olar ki, havayı olaraq yanacaq təminatından tutmuş, ərzaq və digər zəruri mallarla təchizatı həyata keçirdi. Bunu erməni rəsmiləri özləri də etiraf edir və Ermənistanın ayaqda qalması üçün İranın əvəzedilməz xidmətləri olduğunu bildirirlər.
İndi də vəziyyət dəyişməyib. Dəyişən sadəcə odur ki, İran əvvəllər Ermənistan sevgisini qabarıq şəkildə nümayiş etdirməyərək onlara dəstək verirdisə indi bunu açıq şəkildə edir. Çünki, İran tərəfini Azərbaycanın özünün hərbi, iqtisadi, siyasi gücü ilə azad etdiyi tarixi torpaqlara sahib olması ciddi narahat edir. Səbəblər isə çoxdur.
Əvvəla II Qarabağ müharibəsindən sonra Azərbaycan İranla olan sərhədinə tam nəzarəti həyata keçirməyə başlayıb. Bununla da bölgədə qeyri-qanuni daşımaların, narkotik və digər qanunsuz fəaliyyətlərin qarşısı ciddi şəkildə alınıb. Başqa sözlə desək, İranda narkotik qaçaqmalçılığının başında dayanan qüvvələr, yəni SEPAH və digər strukturlar külli miqdarda maliyyə əldə etdikləri yoldan məhrum olublar.
İkincisi, İran Azərbaycanın güclənən nüfuzunu və regionda söz sahibi dövlətə çevrilməsini özü üçün təhdid olaraq görür. İrana görə güclü Azərbaycan Cənubi Azərbaycanda milli oyanış hərəkatı üçün stimul verə bilər və nəticə etibarilə bu İranın parçalanması ilə nəticələnər.
Üçüncüsü təbii ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin təkcə Naxçıvanı Aərbaycanın əsas hissəsi ilə bağlayan yol deyil, həm də Türk dünyasını bir-biri ilə birləşdirəcək yol olduğunu yaxşı başa düşən İran türk dövlətlərinin əhatəsində qalmaq qorxusu yaşayır”.

Politoloq eyni şəkildə Türkiyənin regionda artan nüfuzu da İranı olduqca narahat etdiyini vurğulayıb:” Regiona təsir imkanlarını qoruyub saxlamaq istəyən İran üçün isə ən münbit ölkə məhz elə Ermənistandır. Çünki regionun digər iki dövləti – Azərbaycan və gürcüstanın Türkiyə ilə münasibətləri ən üst səviyyədədir və Ermənistan regionda Türkiyə ilə münasibtələri olmayan yeganə dövlətdir.
Bütün bu sadalananlar İranı narahat etdiyi üçün Ermənistanla əlaqələri inkişaf etdirir. Onları silahlandırır, erməni əsgərləri üçün təlim keçir, Azərbaycandakı cəsus şəbəkəsi vasitəsilə topladığı məlumatları Ermənistana ötürür.
Paralel olaraq isə İran daxilində anti Azərbaycan mövqeyinin möhkəmlənməsi üçün təbliğat işi aparır. İranın bir sıra rəsmi televiziyaları, əsasən də “Səhər TV” kanalı və internet resursları gecə-gündüz Azərbaycanın ünvanına şər-böhtan və təhdid dolu verilişlər yayımlayır, yazılar dərc edir. Bu azmış kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu adlı qurumun rəsmi teleqram və internet səhifəsində Azərbaycana qarşı təhdid xarakterli videomateriallar yerləşdirilir. Həmçinin İranın silahlı qüvvələri Azərbaycan sərhədində hərbi təlimlər keçir, sərhədlərimizi pozur, diversantları Xankəndiyə keçirir və nəhayət, səfirliyimizə qarşı qanlı terror aktı törədir. Bunlarla yanaşı, İranda demək olar ki, bütün molla, axund və digər din nümayəndələri Azərbaycana qarşı xütbələr oxuyurlar, hətta həyasızcasına dövlətimizə xəbərdarlıqlar edirlər.
Bütün bunlar bir daha təkrar edirəm İranın qorxmasının əlamətləridir. Amma necə deyərlər qorxunun əcələ faydası yoxdur. İran da Ermənistan da anlamalıdırlar ki, onların hər ikisinin dövlət olaraq mövcudluunu qouyub saxlaması Azərbaycanla və Türkiyə ilə normal münasibətlərdən keçir. Düşmənçilik mövqeyini davam etdirməklə nəyəsə nail olmaq mümkün deyil və bundan da ən çox əziyyət çəkən elə özləri olacaq”.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail Naziri Holokostun Anım günündə təhdid məktubu alıb

Next Post

Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü

Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü

Separatçılarla hərbçilərimiz arasında insident: ermənilər ərazidən qovuldu

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.