"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranın özünü ifşa edən Nardaran bəyanatı…

02 Dekabr 2015 - 09:47
in MANŞET

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Nardaranda baş verən məlum hadisələrdən sonra İran məsələsi gündəmə gəlib. Yerli mətbuatda Nardaran olayında İranın “əlinin” olmasına dair ekspert rəylərinə və İran mediasına istinadən xəbərlər dərc olunur.

Öncə Nardan hadisələrinə İran KİV-lərinin verdiyi reaksiyaya diqqət edək. İranın dövlət və özəl xəbər saytları Bakıda baş verən olayı “şiələrə qarşı səlib yürüşü” kimi qələmə verməklə kifayətlənməyib, bir qədər də sərhədi aşaraq hadisələrdə Azərbaycan dövlətini ittiham edib.

İran KİV-ləri bu azmış kimi Nardaranda ölən islamçı ekstremistləri “şəhid”, vəzifə borcunu yerinə yetirərkən həlak olan şəhid polisləri isə “ölü” kimi oxuculara təqdim edib.

İranın Azərbaycanda baş verən hadisəyə bu tərzdə radikal və birtərəfli yanaşması haqlı olaraq ölkəmizdə etirazlara səbəb olub. Millət vəkilləri, siyasi analitiklər fars rejiminin mövqeyini sərt tənqid edib, İran yetkililərini ölkəmizin daxili işlərinə qarışmamağa çağırıb.

Azərbaycanın etiraz dolu mövqeyi İranın Bakıdakı səfirliyinin ürəyincə olmayıb. Mətbuatda yazılan xəbərlərdən təsirlənən səfirlik bu gün bəyanat yayaraq Nardaran hadisələrində İranın əlinin olmadığını əsaslandırmağa çalışıb.

Əslində, səfirliyin yaydığı bəyanatda şiə-sünni ayrıseçkiliyi və İranın `Əli-şiələri`ni qıcıqlandırmaq istəyi sezilir.

Bəyanata bildirilir ki, “bir-neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi medialar və hətta millət vəkilləri birbaşa və dolayısı ilə İran İslam Respublikasını ittiham və bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başlayıblar”.

İlk növbədə İran səfirliyinə bu bəyanatı yaymazdan öncə mehrnews, zeytunnews, shiasay.com, pajvak.com, tnews.ir, press.tv,jazzservices.net və digər geniş oxucu kütləsinə malik sayt və qəzetlərdə Nardaranla bağlı dərc olunan təxribat dolu yazıları izləməyi tövsiyə edərdik. Yaxşı olardı ki, səfirlik bu KİV-lərdə gedən məlumatları incələdikdən sonra bəyanat yayardı…

Səfirliyin bəyanatında Nardaran hadisələri Azərbaycanın rəsmi qurumlarının yaydığı məlumatlarda olduğu kimi deyil, bir qədər fərqli təqdim olunur.

Sözügedən bəyanatda İran tərəfi açıq-aşkar tərəf tutaraq Nardaranda xüsusi əməliyyat zamanı məhv edilən ekstremistlərlə şəhid polisləri bir tutub, hadisənin mahiyyətini təhrif etməyə çalışıb.

Buradan belə qənaətə gəlmək olar ki, İran səfirliyi dövlət uğrunda şəhid olan polislə terrorçuları bir tərəziyə qoymaqla ikinci tərəfin (islamçı ekstremistlərin-red) yanında olduğunu dolayısı yolla nümayiş etdirir.

Səfriliyin bəyanatında ayrı-ayrı məsələlər üç fərqli tezis üzərində qurulub. Birinci tezisdə səfirlik İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara, özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslandığını və bu siyasəti əməldə də icra etdiyini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər.

İran rəsmiləri bu ölkənin Azərbaycanla dost, qardaş olduğu bildirsələr də Tehranın Dağlıq Qarabağ müharibəsində düşmən Ermənistana verdiyi dəstək farsların heçə dediyi kimi, dostluq, qardaşlıq münasibətindən irəli gəlmir. Görünən mənzərə odur ki, Tehran Qarabağ davasında Ermənistanın tərəfindədir və bu ölkə Azərbaycanın uğurlu inkişafına sevinmir.

Bəyanatın ikinci tezisində qeyd olunur ki, İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də rolu olmayıb.

Daha sonra riyakarlıqla bildirilir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Əminliklə qeyd olunur ki, ki, bu barədə heç bir sənəd və dəlil yoxdur.

Nəhayət sonuncu tezisdə səfrilik “qəzəbini” medianın üzərinə tökür. Diqqət: “bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar”. -deyə bəyanatda vurğulanır.

Səfirliyin sonuncu tezisində sünni-şiə ayrıseçkiliyi məqsədyönlü şəkildə qabardılıb. İran tərəfi burada hadisənin istiqamətini dəyişərək Nardaranda baş verənləri birbaşa şiə-sünni davasına bağlayıb, ölkəmizdə məzhəb davasına zəmin yaratmağa cəhd edir.

İran səfirliyi diplomatik normallardan xeyli kənara çıxaraq dövlət maraqları uğrunda informasiyalar yayan media mənsublarını vəhabi muzdurları adlandırır. Burada çox güman ki, İran bir dovşanla iki quş ovlamaq istəyirmiş kimi, Nardaran olaylarını vəhabi dini təriqətinin üstünə atıb, sünni cinahın radikallarını qıcıqlandırmağa, daha doğrusu təxribata çəkməyə çalışır.

Bu məsələdə səfirilik diplomatik bəyanatlar statusundan kənara çıxaraq açıq təxtibarçılığa yol verir.

Səfirliyin məlum bəyanatından bir neçə saat keçməmiş İrandan gələn xəbər Möhsün Pakayinin (İranın ölkəmizdəki səfiridir-red) uydurma bəyanatını ifşa etdi.

Belə ki, İran parlamentinin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran sakinlərini açıq-aşkar iğtişaşlara çağıraraq onları hakimiyyət güclərinə qarşı mübarizəyə səsləyib.

Deputat Mansur Həqiqətpur Nardaranda baş verən hadisələri pisləyərək bildirib ki, Azərbaycan rəhbərliyi regionda hadisələrdən dərs almalıdırlar. Həqiqətpur bəyan edib ki, Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq verir, digər tərəfdən şiələrə qarşı zorakılıq tətbiq edir.

Onun sözlərinə görə, bu cür hərəkətlərin çox pis nəticələri olacaq. İran rəsmisi açıq mətnlə Azərbaycanı təhdid edib, regionda baş verənlərin ölkəmizdə də təkrarlana biləcəyi ilə hədələyib.

Həqiqətpurun qalmaqal yaradan açıqlaması İranın Azərbaycanın daxili işlərinə qarışması deyilmi? İranlı deputatın Nardaranda radikalları müdafiə etməsi,onları ayağa qalxmağa çağırması təxribat deyilmi, cənab Pak Ayin?

İranın Bakıdakı səfirliyi sözyığını bəyanat yaymaqdansa, bu suallara cavab verməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO-dan Türkiyəyə böyük dəstək

Next Post

Azərbaycan Rusiyadan 2 255 yeni vaqon alıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Azərbaycan Rusiyadan 2 255 yeni vaqon alıb

“Məmurlar xalqın xidmətçiləridir” - PA-nın şöbə müdiri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.