“Bakıda Güney Azərbaycan mühacir hökuməti yaradılsın. Artıq Güney Azərbaycan məsələsini rəsmi səviyyəyə qaldırmalı, mühacir güneyliləri Bakıya dəvət edərək bir konfrans keçirilməsi vacibdir. Həmçinin Güneydə İran rejimi tərəfindən həbs edilən güneyli siyasi fəalların azad olunması istiqamətində komitə yaradılmalıdır. İrana qarşı əlimizdə rıçaqları işə salmalıyıq”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“İranın Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırmasi Avropanın bu ölkəyə sanksiyalar tətbiq etməsi ilə nəticələnəcək.
İran Azərbaycana qarşı hərbi əməliyyatlar keçirə bilməz. Türkiyə ilə toqquşa bilər.
İran Azərbaycana qarşı müharibə aparmaq təlimi keçirir. Ermənistanla birgə anti-Azərbaycan siyasəti ortaya qoyub. İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir.
Bundan əlavə, İsraildə Azərbaycan öz səfirliyini açmalıdır”.
Yeganə





