İranın Simnan əyalətində baş verən iki yol qəzasında 3 nəfər ölüb, 49 nəfər yaralanıb.
Bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Müzəffər Məhəmmədxani deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, avtobus aşması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
O qeyd edib ki, digər qəza sərnişin avtobusunun qarşıdan gələn yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 32 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilən yaralılardan 7-nin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.






