"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranın Ukraynadakı savaşda rolu artır

14 Oktyabr 2022 - 15:18
in MÖVQE

“ABŞ Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə “Şahed-136” PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib. Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Təxminən bir ay əvvəl İran istehsallı PUA- ların Ukraynadakı savaşda iştirak etməsinə dair məlumat yayılmışdı və bu, ciddi ajiotaja səbəb olmuşdu. İran XİN indiyədək bunu təkzib edir, Rusiyaya PUA vermədiyini bildirir. Amma fakt ondan ibarətdir ki, İran texniki vasitələri Ukraynadakı savaşda iştirak edir. Və əslində siyasi məntiq də onu deməyə əsas verir ki, Tehran Moskvaya yardım etməlidir. Bu müharibədə Rusiyanın uduzması İran üçün o qədər də arzuolunan deyil.
Görünür, İran Rusiyaya dəstəyini artırmaq qərarına gəlib. ABŞ- ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumat da məhz bu baxımdan qiymətləndirilməlidir.
Əslində İranın Rusiyaya dəstəyini artacağı gözlənilən idi. Hətta istisna deyil ki, müharibə bir az da davam edərsə, İran döyüşlərin birbaşa iştirakçısı olacaq. Bütün hallarda yaxın gələcəkdə Kiyevlə Tehran arasındakı əlaqələrin bir az da gərginləşəcəyi mümkündür. Bu XİN, hətta dövlət başçıları səviyyəsində müşahidə oluna bilər.
İranın Rusiyaya artan yardımları, əlbəttə, bir sıra Qərb ölkələrinin, o cümlədən ABŞ – ın ürəyincə deyil. Vaşinqtonla Tehran arasındakı münasibətlər məlumdur. Ağ evin əsas rəqiblərindən biri də cənub qonşumuzdur. Bu mənada İranın Ukraynada Qərbin maraqlarına zidd hərəkət etməsi, əlbəttə, tərəflər arasında gərginliklə nəticələnə bilər. ABŞ – ın yaxın gələcəkdə İrana əlavə sanksiyalar tətbiq edəcəyi istisna deyil. Yəni İranın Ukraynadakı savaşda iştirakı təkcə regional yox, həm də qlobal xarakter daşıyır. Bu, həm də Rusiyanın tədricən zəiflədiyini göstərir.
Ukraynadakı döyüşlər indiyədək lokal xarakter daşıyırdı. Amma bundan sonra müharibənin miqyasının genişlənəcəyi və dünya savaşının elan olunacağı heç də utopiya deyil”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Media Reyestri fəaliyyətə başladı

Next Post

İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır

İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır

Ukrayna Rusiya şəhərini vurdu, sursat anbarı partladı

Ukrayna Rusiya şəhərini vurdu, sursat anbarı partladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.