İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.
Elchi.az-ın xəbərinə görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
İranlı nazir Azərbaycan Prezidentinin qəbulunda olacaq, parlamentin spikeri, xarici işlər naziri və baş nazirin müavini ilə görüşlər keçirəcək.
***
07:34
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, səfər bu gün baş tutacaq.
Səfər çərçivəsində Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.




