İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir.
Elchi.az xəbər verir ki, bunu AB-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib.
“Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü – onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var – elə bir mühit yaradıblar ki, nüvə razılaşması getdikcə çətinləşir” – Borrell bildirib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




