"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranla sərhəddə daha bir insident: atəş açıldı

01 Sentyabr 2022 - 13:43
in HADİSƏ

Avqustub 29-da saat 22:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

DSX-nin Mətbuat Mərkəzindən Elchi.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:10-da sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən 2 (iki) nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayon sakini 1986-ci il təvəllüdlü Əlmanov Natiq Aydın oğlu və Şabran rayon sakini 1971-ci il təvəllüdlü Rəsulov Tahir Zahir oğlu olması müəyyənləşdirilmişdir. Üzərilərinə baxış keçirilərkən 1 (bir) ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə və 800 ədəd “metadon-40” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxslər əraziyə narkotik vasitələri əldə etmək məqsədilə gəldiklərini etiraf ediblər.

Avqust ayının 30-da saat 16:30-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucuları əllərindəki bağlamaları ataraq ərazinin sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı sərhəd pozucuları tərəfindən atılmış 2 (iki) ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr (15 kq 820 qram “marixuana”, 500 qram “heroin”, 420 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10 SE 862 dövlət nömrə nişanlı avtomobil aşkar olunub.

Ərazidə axtarış tədbirləri nəticəsində saat 18:25-də kəndin əkin sahəsində gizlənmiş İmişli rayon sakini 1997-ci il təvəllüdlü Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf edib.

Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 23:55-də hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağamalıyev Ramil Nazim oğlu sərhədçilər tərəfindən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zaporojyeyə hücum edən ukraynalı desantlar batırıldı

Next Post

Sensasion AÇIQLAMA: “Ukrayna krizi Rusiyanı bundan məhrum etdi…”

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Sensasion AÇIQLAMA: “Ukrayna krizi Rusiyanı bundan məhrum etdi…”

Sensasion AÇIQLAMA: "Ukrayna krizi Rusiyanı bundan məhrum etdi..."

İlham Əliyev Romada ağac əkdi – Foto

İlham Əliyev Romada ağac əkdi - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.