ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi bölməsi İranla mümkün münaqişəyə hazırlıq məqsədilə İsrail dəniz komandoları ilə birgə təlimlərə başlayıb.
Bu barədə İsrailin “Kanal 7” televiziyası məlumat yayıb.
Məlumata görə, ABŞ-ın “Task Force 51” xüsusi təyinatlıları hərbi nəqliyyat təyyarəsi vasitəsilə İsrailin cənubunda yerləşən Eylat şəhərinə gətirilib.
İsrail tərəfdən təlimlərə “Şayetet 13” dəniz komandoları qatılacaq.





