Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Elchi.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Şevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.
Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





