"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranlılar Bakının ortasında azərbaycanlının obyektini dağıtdılar – ŞİKAYƏT – FOTOLAR

28 Yanvar 2016 - 15:07
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakının Ə.Kürçaylı küçəsindəki 5A saylı evin 39-cu mənzilində yaşayan Qəzənfər Fətullayev ona məxsus obyektin mənimsənildiyini iddia edir.

 

Bu barədə o, Publika.az-a şikayət məktubunda bildirib.

 

Məktubuna “İnsanların problemlərinə daha həssas münasibət göstərdiyinizi bildiyimə görə sizə müraciət edirəm” sözləri ilə başlayan şikayətçi iddia edir ki, “AutoAzerbaijan” şirkəti onun hüquqlarını pozub: “Mənim 1998-ci ildə tamamilə qanuni olaraq özəlləşdirdiyim, Nizami rayonu, Əlişir Nəvai küçəsi 1-də -Qazan-Mexaniki Zavodunun idarə binasında yerləşən, ümumi sahəsi 30,5 kv.m olan iki otaq “AutoAzerbaijan” şirkəti tərəfindən sökülərək dağıdılıb.

Şirkətin təsisçiləri 3 İran vətəndaşıdır: Abroumand Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader. Onlar əvvəlcə mənə 15 min manat təklif etdilər. Halbuki Babək prospektində yol kənarında yerləşən ofis yerlərinin qiyməti bundan qat-qat bahadır”.

 

Qəzənfər Fətullayevin sözlərinə görə, bununla yanaşı, ofisi tərk etməyi məsləhət görüblər: “Lakin razılaşmadığımı görüb, hədə-qorxuya keçdilər. Axırda qanunu pozaraq əmlakımı qəsdən, bilərəkdən darmadağın etməklə mənə külli miqdarda ziyan vurdular.

Respublikamızın hüquq mühafizə orqanlarına, o cümlədən Bakı şəhərinin Nizami rayonunun hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Lakin günahkar şəxslər hələ cəzalarını almayıblar və əmlakım mənə qaytarılmayıb. Günahkarlar barəsində hüquqi tədbir görülməyib. Nizami Rayon Prokurorluğu cinayət işi açmayıb. 2015-ci ilin 5 noyabrında baş prokurorun birinci müavini Rüstəm Usubov Nizami Rayon Prokurorluğunun qərarını 2-ci dəfə ləğv edərək təkrar araşdırma aparılması üçün yenidən Nizami Rayon Polis İdarəsinə qaytarıb”.

 

Şikayətçinin iddiasına görə, qərarın 16 noyabr 2015-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə daxil olmasına baxmayaraq, o vaxtdan keçən 2 aya yaxın vaxt ərzində sözügedən polis idarəsinin müstəntiqi Abdulla Cəlilli istintaq hərəkəti aparmayıb: “Nizami Rayon Prokurorluğuna bu haqda müraciət etmişəm. Hörmətli redaksiya, ümid edirəm ki, sizin də köməyiniz sayəsində haqq-ədalət öz yerini tapacaq, günahkarlar layiqli cəzasını alacaq, öz sahibkarlıq fəaliyyətimi bərpa etmək üçün mənə dəymiş maddi və mənəvi ziyan günahkarlar tərəfindən tam həcmdə ödəniləcək”.

 

Qeyd edək ki, məsələ ilə bağlı dəfələrlə “AutoAzerbaijan” şirkəti ilə əlaqə saxladıq. Lakin şirkətin işçiləri suallarımıza cavab verməkdən yayınaraq danışmaq istəmədilər.

Bununla belə, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Nizami Rayon Polis İdarəsinin müstəntiqi Abdulla Cəlilli isə Qəzənfər Fətullayevin iddialarını təkzib etdi. Bildirdi ki, hazırda şikayətlə bağlı araşdırma davam etdirilir: “İş Nizami Rayon Prokurorluğuna göndərilib, araşdırma gedir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahdan hava mülayimləşəcək

Next Post

“Azadlıq”ın Sədrlər Şurasının növbəti iclası keçirilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Azadlıq"ın Sədrlər Şurasının növbəti iclası keçirilib

Azərbaycan peyki üzərindən daha bir kanal yayıma başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.