İraqın Baş naziri Heydər Əl-Abadi Tehrana səfər edəcək.
“RİA-Novosti” xəbər verir ki, bu açıqlamanı İraq hökumətinin Mətbuat Xidməti yayıb.
Məlumatda Əl-Abadinin Tehranda İran ən yüksək vəzifəli rəsmiləri ilə görüşəcəyi deyilib. Onun İran rəhbərliyi ilə bundan sonra İŞİD-lə mübarizəda İraqa hansı yardımlar edəcəyiylə ələqadər müzakirələr aparacağı nəzərdə tutulub.



