İraq hökuməti ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın ölkədən çıxarılması prosesinə başlayır. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri Məhəmməd əl-Sudani deyib.
Əl-Sudaninin bəyanatı iranpərəst fraksiyanın nüfuzlu komandiri Müştaq əl-Cəvarinin ABŞ-ın Bağdadda endirdiyi hava zərbəsi nəticəsində öldürülməsindən bir gün sonra verilib.
“Hökumət beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunu daimi olaraq dayandırmaq üçün tədbirlər görmək üçün ikitərəfli komitənin işinə başlama tarixini müəyyənləşdirir”, – Baş Nazirin Ofisinin bəyanatında deyilir.
Bundan əvvəl Rusiya ABŞ-ın Yaxın Şərqdə müharibəyə hazırlığından danışıb. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, Vaşinqtonun 2024-cü ildə İsrail və Fələstin arasında hərbi münaqişənin mümkün gərginləşməsinə hazırlaşması bütün dünya üçün yaxşı heç nə demək deyil.
Havar Şəfiyeva






