İraq Ordusu və Peşmərgə (Muxtar Kürdüstan Bölgəsinin silahlı qüvvələri) atəşkəs haqqında razılığa gəlib. Elchi.az xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Bazar günü səhər saatlarında tərəflər arasında döyüş başlayıb. Qarşıdurmalara İraqın şimalındakı Mahmud şəhərində üç hərbi postun sahibliyi ilə bağlı mübahisələr səbəb olub. İraq ordusu bu postlara nəzarəti ələ keçirmək istəsə də, peşmərgə mövqelərini tərk etməkdən imtina edib.
Qeyd edək ki, Mahmur bölgəsi (Ərbil Valiliyi) Türkiyədən gələn xeyli sayda kürd qaçqının məskənidir. Sentyabrın 19-da Kürdüstan Fəhlə Partiyası bütün qüvvələrini oradan çıxardığını elan edib.
Havar Şəfiyeva






