İraq parlamentində günlərlə davam edən müzakirələr nəticəsində 3 illik büdcə təsdiqlənib.
Elchi.az xəbər verir ki, Parlamentdə 5 gün davam edən müzakirələrdən sonra təxminən 153 milyard dollarlıq büdcə deputatların səsləri ilə təsdiqlənib.
Bağdadla Ərbil arasında büdcənin 14-cü maddəsi ilə bağlı fikir ayrılığı yaranıb. Parlamentin qəbul etdiyi bu maddəyə görə, Ərbil neft gəlirlərini hər ay mərkəzi hökumətə təhvil verəcək. Bundan əlavə, İraq Kürd Regional Rəhbərliyinə bağlı şəhərlər Ərbillə büdcə mübahisəsi halında büdcə ayrılması üçün birbaşa Bağdadla əlaqə saxlaya biləcək. Kürdüstan Demokrat Partiyası bu şəkildə 14-cü maddənin qəbuluna qarşı çıxıb.
İraq hökuməti 2023, 2024 və 2025-ci il büdcələrini martın 13-də hazırlayıb və parlamentə göndərib.
Təxminən 153 milyard dollarlıq büdcədə 48 milyard dollar ətrafında kəsir nəzərdə tutulur.
Nuranə Məmmədova





