İraqın paytaxtı Bağdadın şərqində törədilən iki terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Bu barədə “Reuters” məlumat yayıb.
***
İraqın paytaxtı Bağdad şəhərində partlayışlar törədilib.
Bağdadda əsasən şiələrin yaşadığı məhəllədəki bazarda törədilən partlayışlar nəticəsində azı 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.
Partlayışlara görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, bu, cari ildə İraqda törədilən ən qanlı terror aktıdır.




