İraqın Bəsrə şəhərində güclü partlayış baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, bomba yüklü avtomobilin partlaması nəticəsində ən azı 7 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.




