"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İri şirkətlər Azərbaycandan niyə gedir?

15 İyul 2016 - 08:14
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İri şirkətlər Azərbaycandan gedir - səbəb

Ekspertlər deyir ki, şirkətlər Azərbaycanı tərk etməklə əlavə xərclərini azaldırlar

“Shell” şirkəti Azərbaycanda nümayəndəliyini bağlayıb. “Royal Dutch Shell”in (Niderland krallığı) törəmə şirkəti “Shell Business Development Cenrtal Asia B.V” Azərbaycanı tərk edir. Kreditorlar hələ iki ay ərzində şirkətə qarşı iddialar irəli sürə bilərlər. Şirkət ölkəmizdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində axtarış, emal və neft hasilatına dair PSA müqaviləsinə görə (məhsulun bölgüsü) 5 faiz paya malik idi.
“Shell” həmçinin “Kaşaqan” (Qazaxıstan) yatağından əldə olunan neftin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql olunmasında maraqlı idi. Lakin sonradan bu qərara yenidən baxıldı və qazax neftinin Xəzər boru kəməri konsorsiumu ilə nəql olunması qərarı verildi. (ANS).
Qeyd edək ki, bundan əvvəl “Samsung”, “Nestle” kimi şirkətlər də ölkədən gediblər. Ekspertlər musavat.com-a iri şirkətlərin Azərbaycanı tərk etməsinin səbəblərini açqılayıblar.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, böyük şirkətlərin ölkəni tərk etməsinin bir neçə səbəbi var: “Əsas neft sənayesi ilə bağlı məsələlərdir.  Bu, Azərbaycanda artıq böyük neft dövrünün geridə qalması ilə bağlıdır. Bundan sonra neft istehsalı ilə bağlı müəyyən irəliləyişin olmayacağı ehtimalından irəli gəlir ki, bu mənada Azərbaycana ciddi şəkildə maraq azalıb. Neftin pik dövrü artıq geridə qaldı. Hasilat hər il getdikcə də azalacaq. Sadəcə 2018-20-ci illər arası qaz hasilatının artması gözlənilir. Birinci səbəb budur. Digər səbəblər isə Azərbaycanda ümumi investisiya mühiti ilə bağlıdır. Ümumi biznes ilə bağlıdır ki, bu da tək ”Shell” yox, bir neçə böyük şirkətlər son iki ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. Bu, “Samsung”la da bağlı olub. Dünyanın ən böyük yeyinti məhsulları istehsal edən şirkəti olan “Nestle” ilə bağlı oldu, nümayəndəlikləri bağladılar.
Bu, Azərbaycanda iş şəraitinin, biznes şəraitinin digər ölkələrə nisbətən daha səmərəsiz olmasından irəli gəlir. “Nestle” öz nümayəndəliyini Gürcüstana köçürdü. Orada biznes məsələlərinin, iş şəraitinin daha rahat olduğunu bəyan etdi. Azərbaycan hökuməti bundan dərs çıxartmadı. Azərbaycanda böyük şirkətlərin marağına ehtiyac olmasına baxmayaraq, nə investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı, nə vergi güzəştləri ilə bağlı, nə mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi addımlar atılmır . 
Azərbaycan həmçinin Ümumdünya Ticarət Təşkilatının üzvü olmur. Bilərəkdən üzvü olmur. Bunun da səbəbi budur ki, ÜTT-nin öz qaydaları var. Oraya üzv olan ölkələr həm vergi, gömrük siyasətində, investisiyalar məsələsində, mülkiyyət toxunulmazlığı məsələsində beynəlxalq standartlara cavab verməyə çalışmalıdır. Bütün bu birbaşa və dolayı səbəblər böyük şirkətlərin Azərbaycana marağını azaldır və getdikcə də fəaliyyət göstərənlər Azərbaycan nümayəndəliklərini bağlamağa daha çox üstünlük verirlər. Çünki əlavə xərclərdən, izafi xərclərdən özlərini sığortalayırlar. Azərbaycandan getməklə bu xərclərin azaldılmasına çalışırlar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” – Putinin yaxın adamından sensasion iddia

Next Post

Dəniz Baykaldan qiyamla bağlı sensasion iddia

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dəniz Baykaldan qiyamla bağlı sensasion iddia

Ərdoğan xalq qarşısında çıxış edir - CANLI YAYIM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.