"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İRNA-nın Bakı ofisinin fəaliyyəti bərpa edilir: İranla münasibətlər normallaşır?

24 İyul 2023 - 14:56
in MANŞET

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. İndiki məqamda belə bir qərarın qəbul edilməsi diqqət çəkir.
Məsələ ondadır ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə indiyə qədər heç bir məlumat yayılmayıb. Bununla belə qərarın İRNA Xəbər Agentliyinin baş direktoru Əli Nadirinin Azərbaycana 4 günlük səfəri çərçivəsində açıqlanması diqqətçəkən digər bir məqamdır.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Nə baş verir?

İRNA Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində Azərtac-ın baş direktoru Vüqar Əliyevlə görüşüb. Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.
Məhz bu görüşdə bəlli olub ki, İRNA Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar verib.
Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iştirak etməsi isə xüsusilə diqqət çəkir.
Səfirin görüşdə iştirak etməsi ondan xəbər verir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması öncədən rəsmilər səviyyəsində razılaşdırılıb. Əli Nadirinin Azərbaycan səfərinin əsas məqsədi də məhz bu məsələ ilə bağlıdır.

Bakı və Tehran arasında buzlar əriyir?

İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması bu sualı aktuallaşdırır.
Sualın cavabını tapmaq üçün həm İRNA Agentliyinin baş direktoru Əli Nadiri Azərtac-ın baş direktoru Vüqar Əliyevlə görüşünə, həm də Prezident İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapurun sualına verdiyi cavaba diqqət yetirmək lazımdır. Buna sonra qayıdacam.
Əli Nadiri görüş zamanı deyib: “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var”. Bundan başqa o, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil “faciəli basqın” olaraq adlandırıb.

Aydın məsələdir ki, o, “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var” deyərək İsraili hədəfə alır. Bu, Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də ənənəvi İsrail ritorikasından əl çəkmədiyini göstərir. Yəni münasibətlər normallaşsa belə gələcəkdə Bakı-Təl-Əviv münasibətləri əsas gətirilib, pisləşə bilər.
Bundan başqa, Əli Nadiri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil, “faciəli basqın” olaraq adlandırılması da doğru yanaşma sayıla bilməz. Bu məsələ münasibətlərin korlanmasının ən əsas səbəbidir. Rəsmi Tehranın məsələyə daha həssas yanaşması və bunu terror hadisəsi olaraq qəbul etməsi lazımdır. Bu, Tehranın baş verən hadisənin unudularaq münasibətlərin normallaşdırmaq istəyini bir daha göstərir.
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapur ilə dialoqu da İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və normallaşma perspektivi baxımından diqqət çəkir.
Birincisi, Muhammed Rizapur nə qədər cəhd etsə də, sualını formalaşdırıb, Prezidentə ifadə edə bilməyib. Bu zaman Prezident moderator Rüfət Həmzəyevi iranlı jurnalistin yanına göndərib və olduqca simvolik replika verib: “Siz bizdən çox uzaqsız, bəlkə ona görə səsiniz gəlmir…”.
Bəli, həqiqətən də bu gün İran Azərbaycandan çox uzaqdır. Son baş verən hadisələr də iki ölkə arasında münasibətləri pisləşdirdiyi kimi bir-birindən də uzaqlaşdırdı. Bu baxımdan prezidentin iranlı jurnalistə verdiyi simvolik replika əslində İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən xəbər verir.
İkincisi, Muhammed Rizapur prezidentə “İRNA Azəri”nin fəaliyyətə başlaması münasibətlərin güclənməsinə necə təsir göstərəcək sualını ünvanladı. Prezident isə cavabında “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək”.
Bu dialoqda diqqətçəkən məqam İRNA əməkdaşının özünü “İRNA-Azəri” əməkdaşı kimi təqdim etməsi və prezidentin cavabında “İRNA-Azəri” deyil “İRNA-Azərbaycan” deməsidir.
Əslində bu çox sadə bir məsələ kimi görünə bilər, lakin ölkə başçısının iranlı jurnalistin provokasiyasına ustaca cavab verməsi rəsmi Bakının İranla münasibətləri normallaşsa belə əvvəlki kimi qarşılıqlı, güvən, etimadla deyil, ehtiyat və hər an gərginləşmə risklərinə hazırlıqlı olacağını göstərir.

Bakının gözləntiləri

Aydın məsələdir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar qarşılıqsız verilməyib. Bunu prezidentin İRNA əməkdaşının sualına verdiyi cavabdan da görmək olar.
“Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır” – prezident deyib.
Ölkə başçısı bu sözləri ilə İranda Azərbaycan reallıqlarının, habelə Qarabağ və Şərqi Zəngəzur ilə bağlı düzgün informasiyanın verilmədiyini deyir. Yəni “İRNA-Azərbaycan”dan əsas gözləntisi həm reallıqların düzgün əks etdirilməsi, həm də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin İran ictimaiyyətinə çatdırılmasıdır.
Bu həm də “İRNA-Azərbaycan”a bir xəbərdarlıqdır. Qurum yenidən dezinformasiya, yalan məlumat yaysa, bu zaman fəaliyyəti dayandırıla bilər.

Müəllif: Politoloq Turan Rzayev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident bu şəxsi “general” rütbəsindən məhrum etdi

Next Post

ABŞ Çini məsuliyyətli davranmağa çağırır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
ABŞ Çini məsuliyyətli davranmağa çağırır

ABŞ Çini məsuliyyətli davranmağa çağırır

AQC Ramil Qasımzadəni və MMC-lərini “qara siyahı”ya saldı

AQC Ramil Qasımzadəni və MMC-lərini “qara siyahı”ya saldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.