Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar.
Kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslərə isə 30 sualdan ibarət test tapşırığını cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib.
Qeyd olunub ki, yaxın günlərdə nəticələr təhlil olunaraq vəzifələr üzrə keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.